• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ermənilər Ukraynada iki azərbaycanlı iş adamını öldürüblər

  • Hadisə
  • 19 Sentyabr 2015 14:18
  • 672 Baxış
Ermənilər Ukraynada iki azərbaycanlı iş adamını öldürüblər

Bu ilin iyul ayında Ukraynanın Xerson şəhərində itkin düşən azərbaycanlı iş adamı, diaspor fəalı Təbriz Ələkbərovun öldürüldüyü məlum olub.

Bu barədə Xerson vilayəti Azərbaycanlıları Konqresindən məlumat verilib. Konqresdən bildirilib ki, bu ilin avqust ayında həmin şəhərdə öldürülən vilayət Azərbaycanlıları Konqresinin sədr müavini, iş adamı İlham Tağıyevin qatilləri tutulub.

İ.Tağıyevin qətlində günahkar bilinərək saxlanılan iki erməni T.Ələkbərovu da öldüyünü etiraf edib.

Saxlanılan ermənilərin kimliyini Xerson şəhər milisi hələlik açıqlamır. Milisdən bildirilib ki, onlar cinayətdə əli olan üçüncü şəxsi axtarırlar. Həmin şəxs tutulandan sonra adlar açıqlanacaq.

Qeyd edək ki, Luqanskdan Xersona köçmüş, biznesini və diaspor fəaliyyətini burada bərpa etmək istəyən 1986-cı il təvəllüdlü, əslən Masallı rayonundan olan Ələkbərov Təbriz Cəsur oğlu bu il iyulun 13-də Xerson vilayətinin Skadovsk rayonunda son telefon əlaqəsindən sonra yoxa çıxmışdı.

İ.Tağıyev isə avqustun 17-də evinin qarşısında döyülərək öldürülüb. (apa)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR