Gəncədə polis zəncirvari qəzaya səbəb oldu
Bizi izləyin

Hadisə

Gəncədə polis zəncirvari qəzaya səbəb oldu

Gəncədə 5 avtomobilin toqquşması nəticəsində zəncirvari qəza baş verib.

Publika.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə şəhəri Şah İsmayıl Xətai prospektində 5 avtomobilin toqquşması ilə nəticələnən hadisə baş verib.

Şəhər sakini 43 yaşlı Əzimxan Tahirov idarə etdiyi Opel Astra markalı avtomobillə hərəkətdə olarkən onu ötüb keçmək istəyən Chevrolet Niva markalı avtomobillə toqquşub.

Daha sonra Chevrolet Niva markalı avtomobil yolun kənarında dəyanan 3 müxtəlif maşına dəyib. Qeyd edək ki, Chevrolet Niva markalı avtomobilin sürücüsü Kəlbəcər rayon polis bölməsinin əməkdaşıdır.

Avtomobillərə xeyli ziyan dəyib iki nəfər xəsarət alıb. Qəzanın dəqiq səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm