Şok: SOCAR əməkdaşının qızı ABŞ-da vitse-prezident qızına ərə getdi - FOTOLAR
Bizi izləyin

Hadisə

Şok: SOCAR əməkdaşının qızı ABŞ-da vitse-prezident qızına ərə getdi - FOTOLAR

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı Kamal Eynullayevin qızı Elnarə Eynullayeva Amerikanın Massaçusets ştatının Biotexnologiya şurasının maliyyə və administrasiya üzrə vitse-prezidentinin qızı Rozali Hyus Fazio ilə ailə həyatı qurub.

Axar.az “Nyu York Tayms” qəzetinə istinadla xəbər verir ki, onların toyu Kuinsdəki “Skventum Point Park”da bu gün keçirilib. Toy mərasimi Massaçusets ştat birliyinin icazəsi ilə baş tutub. Cütlük Fazio-Eynullayeva soyadını götürəcək. Qeyd edək ki, 32 yaşlı xanım Fazio senator Barretin qanuni məslətçisidir. O, Uelesli kollecini bitirib və Kolumbiyada hüquq dərəcəsini alıb. O, Cozef və Debra H.Fazioların qızıdır. 28 yaşlı xanım Eynullayeva Uolthamda iqtisadçı işləyir. Massaçusets Universitetini bitirib və Konnektikut Universitetində magistr dərəcəsi alıb. Atası Kamal Eynullayev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mexanika müfəttişidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm