Bakıda iki yük maşını toqquşdu: ölən var
Bizi izləyin

Hadisə

Bakıda iki yük maşını toqquşdu: ölən var

Bakının Xəzər rayonunda “Hyundai” və “Zil” markalı iki yük avtomobili toqquşub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, qəza nəticəsində deformasiyaya uğramış “Hyundai” markalı avtomobilin sürücüsü 1991-ci il təvəllüdlü Dədəlov Müşfiq Əlizadə oğlu aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. M.Dədəlovun cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm