Hadisə
Rusiya azərbaycanlı qıza görə Türkiyəyə nota verdi
Rusiyanın Türkiyədəki səfiri İŞİD-ə qoşulmaq üçün İstanbula getdiyi deyilən rusiyalı tələbə ilə bağlı Türkiyəyə nota verib.
Publika.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, bu barədə səfirliyin mətbuat müşaviri İqor Mityakov bildirib.
O qeyd edib ki, Türkiyə Xarici İşlər Nazirliyi əslən azərbaycanlı tələbə Məryəm İsmailovanın Türkiyə torpaqlarına girişinə dair hələ məlumat verməyib.
Qeyd edək ki, Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının tələbəsi Məryəm İsmayılova ilkin məlumatlara görə, Türkiyəyə uçub. Onun İŞİD terror təşkilatına qoşulmaq üçün Türkiyəyə getdiyi təxmin edilir.
19 yaşındakı Məyrəm İsmailova iyunun 12-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Ailəsindən əldə edilən məlumatlara görə, Məryəm hamıdan gizli şəkildə xarici pasport əldə edib və Şeremetyevo hava limanından İstanbula uçub.
Qeyd edək ki, bu, iyun ayında baş verən ikinci analoji hadisədir. Moskva Dövlət Universitetinin tələbəsi Varvara Karaulova iyunun əvvəlində Suriyaya keçərək İŞİD-ə qoşulmağa çalışıb. Lakin o, Türkiyə-Suriya sərhədində yerləşən Kilis şəhərində saxlanılıb. Onunla birlikdə İŞİD-ə qoşulmağa çalışan Rusiyanın 14 vətəndaşı saxlanılıb. Varvara Karaulova isə iyunun 11-də Rusiyaya deportasiya olunub.
Ömər Dağlı
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ