Bu klublar müflis elan olundu
Bizi izləyin

İdman

Bu klublar müflis elan olundu

İtaliya futbolunda iqtisadi böhran davam edir.

Publika.az xəbər verir ki, “Parma”dan sonra, ölkənin daha 3 klubu müflisləşib.

İqtisadi böhranın vurduğu klublar bu dəfə “Recina”, “Venetsiya” və “Vareze”ni olub. Həmin komandalar çempionatda iştirak etmək üçün maliyyə təminatını təqdim edə bilməyiblər. Bu səbəbdən adıçəkilən klublar müflis elan olunub.

Klublar yaxın müddətdə maliyyə problemini həll etsələr, ancaq D dvizionunda çıxış edə biləcəklər.

Qeyd edək ki, böhrana uğrayan klublardan “Recina” 1999-2009-cu illərdə A seriyasında çıxış edib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm