MÜƏMMA - Qonaqları 2 saat hava limanında saxladılar
Bizi izləyin

İdman

MÜƏMMA - Qonaqları 2 saat hava limanında saxladılar

Bu gün Çempionlar Liqasının pley-off mərhələsində BATE ilə qarşılaşmaq üçün Belarusa yola düşən “Partizan” klubunun nümayəndə heyəti 2 saat hava limanında qalıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə açıqlama verən Serbiya klubunun baş məşqçisi Zoran Milinkoviç pasport qeydiyyatının qəsdən yubadılmasına işarə vurub:

“Düzünü desəm, bizim üçün xoş olmayan sürpriz oldu. Axı söhbət futbol komandasından gedir. Hamı da bizim Belarusa nə üçün gəldiyimizi yaxşı bilir. Belə bir problem yaşayacağımızı gözləmirdim. Futbolçularım yoxlama məntəqəsində iki saat gözlədildi. Bu durum məni çox narahat etdi. Söz verirəm ki, BATE Serbiyaya gələndə bizim sərhəddə 5 dəqiqədən artıq ləngiməyəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm