Toğrul Əsgərovu çətin sınaq gözləyir
Bizi izləyin

İdman

Toğrul Əsgərovu çətin sınaq gözləyir

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir.

Publika.az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 22:00-da sərbəst güləşçilərimiz mübarizəyə qoşulacaq. Bu növdə mübarizəyə ilk olaraq Toğrul Əsgərov (60 kq) qoşulacaq. Onun lisenziya əldə etməsi maraqla gözlənilir. Çünki Toğrul yenidən lisenziya qazanarsa, onun ikinci dəfə olimpiya çempionu olmaq şansı yaranacaq.

Məlumat üçün bildirək ki, bir müddət nəticə verə bilməyən London Olimpiadasının qızıl medalçısı T.Əsgərov bu uğursuzluq tilsimini İlk Avropa Oyunlarında qazandığı qələbə ilə qırdı. İndi isə ondan Olimpiadada ikinci çempionluq gözlənilir. Bu üzdən Əsgərov dünya çempionatında lisenziya qazanmaq üçün əlindən gələni etməlidir.

Qeyd edək ki, ilk iki yarış gününün yekunlarına əsasən yunan-roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq) və Sabah Şəriəti (130 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib.

Üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 85 kq, qadın güləşi üzrə 48, 53 və 69 kq çəkidə idmançılar mübarizəyə qoşuldular. Saman Təhmasibi, Mariya Stadnik və Anjela Doroqan lisenziya əldə etdilər.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm