Hərbçi idmançılarımız dünya üçüncüsü oldu - FOTO
Bizi izləyin

İdman

Hərbçi idmançılarımız dünya üçüncüsü oldu - FOTO

Cənubi Koreyanın Munqyeonq şəhərində VI Hərbi Dünya Oyunlarının ilk yarış günü keçirilib. 56 komandanın qatıldığı Cudo Komanda yarışlarında Azərbaycanın cüdo üzrə hərbçi idmançılarımızdan ibarət kişi yığması bürünc medal qazanaraq, VI Hərbi Dünya Oyunlarının üçüncüsü olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, oktyabrın 3-də keçirilən yarışlarda Azərbaycan Cüdo komandası Səudiyyə Arabistanı, Qətər və Əl-Cəzair idmançılarını 5-0 hesabı ilə məğlub edib. Komandamız dünya çempionu Braziliya komandasına məğlub olaraq üçüncü yerə çıxıb.

120 dövlətdən təxminən 8.100 idmançının iştirakı ilə 24 idman növündə keçirilən VI Hərbi Dünya Oyunlarına Azərbaycan Boks, Cüdo, Taekvondo və Güləş idman növlərində iştirak edir. Hərbi idmançılarımız bu gün boks yarışları ilə çempionata davam edəcək.

Hərbiçilərin Dünya Oyunlarında yığma komandamızı Vüqar Şirinli (60 kq), Nicat Şıxəlizadə (66 kq), Hüseyn Rəhimli (73 kq), Tural Safquliyev (90 kq) və Elmar Qasımov təmsil edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm