İdman
Olimpiya çempionumuzun silahı "açılmadı"
Amerikada Tuson şəhərində baş tutan stend atıcılığı üzrə Dünya Kubokuna yekun vurulub. Yarış 6 gün davam edib. Uzun fasilədən sonra təmsilçimiz Dünya Kubokunun finalına vəsiqə əldə edə bilib.
Publika.Az xəbər verir ki, Hafiz Cəfərovun yetirmələrindən skit növündə hədəf önünə keçən Nurlana Cəfərova təsnifat mərhələsini 4-cü yerdə başa vurub və həlledici mərhələyə yüksəlib. Lakin burada mükafatçılar sırasına yer ala bilməyib və 5-cliklə kifayətlənib. Olimpiya çempionumuz Zemfira Meftahətdinova isə Dünya kubokunu erkən başa vurub. O, bu dəfə 19-cu yerdə qərarlaşıb. Skit növündə mübarizə aparan Paşa Əhədpurla Emin Cəfərov isə müvafiq olaraq, 27-ci və 65-ci pillədə qərarlaşıb.
Trap növündə ölkəmizi təmsil edən yeganə snayperimiz Elvin İsmayılov da vətənə medalsız qayıdıb. O, 80 idmançı arasında 74-cü yeri tutub.
Aygün İlqarqızı
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ