Ulduzlar Şəmkirdə hamını təəccübləndirdi – FOTOLAR
Bizi izləyin

İdman

Ulduzlar Şəmkirdə hamını təəccübləndirdi – FOTOLAR

Ulduzlar Şəmkirdə hamını təəccübləndirdi – FOTOLAR

“Shamkir Chess 2014” turnirinin istirahət günündə təşkilatçılar tərəfindən maraqlı futbol yarışı keçirilib.

Publika.az xəbər verir ki, 4 komandanın iştirak etdiyi ilk yarımfinalda şahmatçılardan ibarət Azərbaycan yığması dünya komandasına 0-2 hesabıyla uduzub. Hər iki qolu şahmat üzrə dünya çempionu Maqnus Karlsen vurub. Digər yarımfinal görüşündə isə media nümayəndələri və şahmat şərhçilərinin toplaşdığı komanda "Synergy Group" kollektivinə məğlub olub 0-7.

3-cü yer uğrunda görüşdə media komandası Azərbaycan şahmat yığmasına 4-2 hesabıyla qalib gəlib. Maraqlıdır ki, yoldaşlıq xarakterli görüşdə dünya çempionu Maqnus Karlsen jurnalistlərin komandasında çıxış edib. Medianın 4-2 hesablı qələbəsində qolları Maqnus Karlsen, Anar Allahverdiyev, Fərid Abbasov (iki qol) vurub. Azərbaycan şahmatçılarının komandasından isə Sərxan Həşimovla Şəhriyar Məmmədyarov (penalti) fərqlənib.

Final görüşündə “Synergy Group”la dünya şahmatçılarının komandası qarşılaşıb. Görüşün əsas vaxtı 2-2 hesabıyla başa çatıb. Penalti zərbələrində daha dəqiq olan Maqnus Karlsenin çıxış etdiyi dünya yığması 4-1 hesabıyla qalib gəlib. Karlsen həm oyunda qol vurub, həm də penaltidən dəqiq zərbəylə yadda qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm