Mersi sahillərində darmadağın - - VİDEO
Bizi izləyin

İdman

Mersi sahillərində darmadağın - - VİDEO

Mersi sahillərində darmadağın

İngiltərə Premyer Liqasında 21-ci turun növbəti oyunu keçirilib.

Publika.az xəbər verir ki, turun mərkəzi matçlarından biri Liverpul şəhərində “Everton” ilə “Mançester Siti” klubları arasında baş tutub. Meydan sahibləri Pep Quardiyolanın yetirmələrini darmadağın ediblər–4:0.

Bununla da “Mançester Siti” klubu son 8 matçda dördüncü məğlubiyyətini alıb və liderdən bir qədər də uzaqlaşıb.

Qeyd edək ki, turnir cədvəlinə 52 xalla “Çelsi” başçılıq edir. “Tottenhem” (45 xal) və “Arsenal” (44 xal) klubları ikinci və üçüncü yerləri bölüşürlər. “Liverpul” (44 xal) bir oyun az keçirib və hazırda 5-ci pillədə qərarlaşıb.

İngiltərə Premyer Liqası, 21-tur

15 yanvar

“Everton” – “Mançester Siti” - 4:0

Qollar: Lukaku, 34, Mirallas, 47, Deyvis, 79, Lukman, 90+4

Oxumağa davam et
Reklam
Reklam

Gündəm