Təkzib etdi: "İmişliyə getmirəm"
Bizi izləyin

İdman

Təkzib etdi: "İmişliyə getmirəm"

Təkzib etdi: "İmişliyə getmirəm"

Mətbuatda yayılan xəbər görə, Yunis Hüseynov özünə yeni iş yeri tapıb.

"Karvan" və "Xəzər Lənkəran"ın sabiq baş məşqçisinin növbəti mövsümdən etibarən birinci dəstədə yarışan "Mil-Muğan"ı çalışdıracağı bildirilirdi.

Məlumatı dəqiqləşdirmək üçün Yunis Hüseynovun özü ilə əlaqə saxladıq. Publika.az-a danışan mütəxəssis ona heç bir təklifin gəlmədiyini dedi:

“Xeyr, “Mil-Muğan”dan mənə təklifin gəlməsi doğru deyil. Dünəndən hamı zəng edib bunu soruşur. Amma mənə rəsmi şəkildə bir təklif gəlməyib”.

Yunis Hüseynov “birinci dəstə klublarından birindən təklif gələrsə dəyərləndirərsinizmi” sualını

“Birinci dəstədə gərək bütün məşqçilərimiz işləmək istəsin. Amma o baxır kluba. Əgər klubun hədəfləri, məqsədləri varsa, elitaya çıxmaq istəyirsə, yaxşı şəraiti varsa niyə də işləməyək”, - deyə cavablandırıb.

Yunis Hüseynov “Xəzər Lənkəran”dakı işinin uğursuzluq kimi dəyərləndirilməsinə də münasibət bildirdi:

““Xəzər Lənkəran”da çalışdığıma təəssüflənmirəm. Amma oradakı işimi uğursuzluq da saymıram, əksinə uğurlu hesab edirəm. Çünki yadınıza gəlirsə, mən komandanı 5-ci yerdə olarkən qəbul etdim və Avropaya vəsiqə qazandırdım. Komanda Avropada ilk dəfə olaraq mərhələ adladı. O günə kimi bu baş verməmişdi. Komandanı tərk edəndə çempionatda liderlərlə 2-3 xal fərqi vardı. Komandanın 7-ci yerdə olmasına baxmayaraq bizim təxirə salınmış oyunlarımız da vardı”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm