Mövsümün son oyununda "Qarabağ" güldü - - VİDEO
Bizi izləyin

İdman

Mövsümün son oyununda "Qarabağ" güldü - - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2017/2018-ci illər mövsümünə yekun vurulub.

Publika.az xəbər verir ki, 28-ci turun son oyununda "Qəbələ" və "Qarabağ" komandaları qarşılaşıb. "Azərsun Arena"da baş tutan görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qələbə qolunun müəllifi 22-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Dani Kintana olub.

Beləliklə, çempionluğu erkən rəsmiləşdirən "Qarabağ" mövsümü 65 xalla başa vurub. Gümüş medalın sahibi "Qəbələ" 49, bürünc mükafatçı "Neftçi" isə 46 xal toplamağa müvəffəq olub.

Qeyd edək ki, futbol mövsümünə mayın 28-də "Qəbələ" və "Keşlə" komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun final matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, XXVIII tur

21 may

19:00. "Qəbələ” – "Qarabağ” 0:1

Qol: Dani Kintana, 23 - penalti ilə

Qırmızı vərəqə: Cavid Hüseyov, 45+2

Hakimlər: Rəşad Əhmədov, Rza Məmmədov, Knyaz Əmiraslanov, Əliyar Ağayev

"Azersun Arena”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm