“Hafka”nın adamı FİFA-nı ədalətsizlikdə ittiham etdi
Bizi izləyin

İdman

“Hafka”nın adamı FİFA-nı ədalətsizlikdə ittiham etdi

“Hafka”nın adamı FİFA-nı ədalətsizlikdə ittiham etdi

"Bakı" daha bir ciddi problemlə üzləşib. Publika.az xəbər verir ki, paytaxt klubu FİFA-nın ağır cəzası ilə üz-üzə qalıb.

Son mövsümü medalsız başa vuran "zolaqlılar" sabiq futbolçusu Aleksandr Tomovskiyə olan borcunu ödəmədiyi üçün FİFA tərəfindən ciddi sanksiyalara məruz qala bilərlər. Belə ki, klub Tomovskiyə olan borcunu 30 gün ərzində ödəməsə, o zaman ölkədaxili çempionatdakı xallarından 6 xal silinəcək. Futbolinfo.az saytına açıqlama verən "Bakı"nın vitse-prezidenti Yaşar Seyidov məsələyə belə münasibət bildirib:

"Bakı" Aleksandr Tomovsikyə 78 min dollar ödəmədiyi üçün onun vəkili FİFA-ya müraciət edib. FİFA İntizam Komitəsi də həmin qərarın qəbul olunmasına nail olub. "Bakı" futbolçu ilə müqaviləni birtərəfli pozduğu üçün, 30 gün ərzində ona 78 min dollar təzminat ödəməyəcəyi təqdirdə növbəti çempionatda 6 xalı silinəcək. Onu qeyd edim ki, bu qərar hələ "Bakı" futbol klubuna daxil olmayıb. Ancaq maraqlısı budu ki, həmin qarar kluba və federasiyaya gəlməmiş, artıq mətbuatda yayımlanıb.

Xüsusi ilə qeyd etmək istəyirəm ki, futbolçunun vəkili Georgi Qradevin bu işdə əməyi böyükdü. O, FİFA-da da mübahisəli məsələlərin həlli palatasına, lisenziya komitəsinə təzyiq göstərən güclü hüquqşünasdı. Biz bununla bağlı apellyasiya şikayəti etmişdik. Ancaq çox təəsssüf ki, bu məsələyə baxılmayıb. Bu, ədalətsizlikdi, bizə qarşı olan ikili standartdı. Onun "Bakı"da oynadığı vaxtlara nəzər yetirsəz, görərsiz ki, Tomovski bunu haqq etmir. Ancaq nə etmək olar, İK bununla bağlı qərar çıxarıbsa, biz də əməl etməliyik.

Başqa klublarda da bu cür məsələlər var. Sadəcə, "Bakı"da olan problemlər mətbuatda daha tez işıqlanır. Ona görə ki, xəbərləri mətbuata ötürənlər daha operativdi. Azərbaycanda bir sıra klublar bu cür sanksiyalara məruz qalıb. Ancaq maraqlıdı ki, onlar haqqında mətbuatda heç nə işıqlanmayıb. "Bakı" klubuna qərarın daxil olma müddəti var. Sənəd daxil olduqdan sonra, məsələ öz həlini tapacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm