İdman
AFFA prezidenti Blatterlə görüşdü
Rusiyanın Sankt-Peterburq şəhərində FIFA-nın prezidenti Yozef Blatterlə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.
Publika.az xəbər verir ki, son dövrlərdə Azərbaycanda futbolun inkişafı məqsədilə həyata keçirilmiş tədbirlər barədə FIFA rəhbərliyinə ətraflı məlumat verilib, Bakıda inşası davam edən, 65 min azarkeş tutumuna malik olacaq Olimpiya stadionunun tikinti prosesini əks etdirən videoçarx nümayiş olunub, geniş fikir mübadiləsi aparılıb.
Yozef Blatter görülən işlərdən razılığını bildirib, Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycanda qadın idmanının inkişafı sahəsində görülən işləri yüksək qiymətləndirərək AFFA-nı “Qadın və İdman” diplomu ilə təltif etməsi münasibətilə AFFA-nı təbrik edib, həyata keçirilən tədbirlərin ölkəmizdə futbolun inkişafına böyük təkan verəcəyinə inandığını deyib.
Görüşdə FIFA-nın Avropa üzrə inkişaf meneceri Eva Pasquier və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ