“Real”dan “Barselona”ya cavab - “Məhkəməyə üz tutacağıq”
Bizi izləyin

İdman

“Real”dan “Barselona”ya cavab - “Məhkəməyə üz tutacağıq”

“Real”dan “Barselona”ya cavab - “Məhkəməyə üz tutacağıq”

“Barselona”nın yeni prezidenti Josep Mariya Bartomeu Neymarın transfer işinin məhkəməyə qədər gedib çıxması barədə danışarkən “Real”ı ittiham etmişdi.

O, bildirmişdi ki, “Real” Messi və Neymar transferini həzm edə bilmədiyi üçün mətbuata belə məlumatlar sızdırıb. Publika.Az xəbər verir ki, “Real” bu ittihamlara cavab verib.

Cavab klubun rəsmi saytı vasitəsi ilə yayılıb:

“Bu, "Barselona”nın üzvünün iddia ərizəsinə əsasən baş verib. Neymarın transferinin məhkəməyə qədər getməsində Florentino Perezi günahlandırmaq tamamilə səhv addımdır.

Klub prezidenti ən yaxın vaxtda bu ittihamların aradan qaldırılmasınə tələb edir. Əks təqdirdə Perez adını, şərəfini qorumaq üçün məhkəməyə üz tutacaq”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm