Ronaldonun ayrılmaq üçün ilginc planı
Bizi izləyin

İdman

Ronaldonun ayrılmaq üçün ilginc planı

Ronaldonun ayrılmaq üçün ilginc planı

"Real"ın hücumçusu Kriştiano Ronaldo sabiq klubu "Mançester Yunayted"ə qayıtmağı planlaşdırır.

Portuqaliyalı futbolçu geri dönməklə bağlı qəti qərara gəlib. Ancaq Ronaldo “Real”ın heyətində bəzi rekordları qırmamış Madriddən ayrılmaq istəmir.

Publika.az xəbər verir ki, Ronaldo "Real" tarixinin ən məhsuldar oyunçusu olmaq istəyir. Bunun üçün o, 323 qolla ilk pillədə olan Raulu geridə qoymalıdır. Hazırda Ronaldonun aktivində 257 qol var. Bu möhtəşəm göstəricini əldə etmək üçün ona cəmisi 252 oyun kifayət edib.

Belə görünür ki, Ronaldo “Real”dan ayrılmaqda nə qədər israrlı olsa da, rekordu qırmaq üçün ən azı 2 mövsüm də Madriddə qalmalıdır.

Qeyd edək ki, Kriştianonun "Real"la 2018-ci ilə kimi müqaviləsi var.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm