Riberi "Arsenal"a qarşı oynaya bilməyəcək
Bizi izləyin

İdman

Riberi "Arsenal"a qarşı oynaya bilməyəcək

Almaniyanın "Bavariya" klubunun oyunçusu Frank Riberi zədə üzündən UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərənin "Arsenal" komandası ilə keçiriləcək ilk matçı buraxacaq.

Almaniyanın "Bavariya" klubunun oyunçusu Frank Riberi zədə üzündən UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərənin "Arsenal" komandası ilə keçiriləcək ilk matçı buraxacaq.

Almaniya klubunun saytı məlumat verir ki, Riberi "Bavariya"nın "Arsenal"a qarşı keçirəcəyi oyun da daxil olmaqla bir neçə qarşılaşmada forma geyinə bilməyəcək.

Komandanın həkimi Hans-Vilhelm Müller-Volfart ombasından əməliyyat olunan Riberinin getdikcə yaxşılaşdığını deyib. O, fransız futbolçunun bu həftə ərzində fiziki hərəkətlərə, gələcək həftələrdə isə qaçışlara başlayacağını bildirib.

Xatırladaq ki, "Arsenal" - "Bavariya" oyunu fevralın 19-da keçiriləcək. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm