”Beşiktaş” kişi kimi uduzdu - VİDEO
Bizi izləyin

İdman

”Beşiktaş” kişi kimi uduzdu - VİDEO

Türkiyə kubokunda növbəti oyunlar keçirilib. Ən gözlənilməz nəticə Sarıyerdə qeydə alınıb.

Superliqanın lideri "Beşiktaş" "Adana Demirspor" (1:2) məğlub olub. Amma qarşılaşma məğlubiyyətlə yanaşı, alqışalayiq feyr-pley addımıyla da yadda qalıb.

Publika.az xəbər verir ki, oyunun 21-ci dəqiqəsində “Beşiktaş” hesabda geri olarkən, qonaq komandanın futbolçusu Hakan Söylər rəqibin oyunçusu Veli Kavlaka qarşı sərt oynadığı üçün hakim Suat Arslanboğa tərəfindən birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.

"Adana Demirspor"un futbolçularının etirazına məhəl qoymayan referi “zərərçəkən”in etirafından sonra cəzanı yüngülləşdirib. Söylər təhlükəli oynadığı üçün hakim “qırmızı”nı “sarı”yla əvəzləyib.

“Beşiktaş” futbolçularının bu jesti Türkiyədə böyük ajiotaj yaradıb. “Qara qartallar” məğlubiyyətə rəğmən, hər kəsin alqışını qazanıb. Turnir baxımından isə vəziyyət qəlizləşib. Kubokda qrup mərhələsində 3 turdan sonra “ağ-qaralar” 3 xalla 3-cü yerdə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm