AZAL lider oldu... - FAKT
Bizi izləyin

İdman

AZAL lider oldu... - FAKT

Azərbaycan Premyer Liqasının 2014/15 mövsümünün ilk 20 turunda qırmızı vərəqə alan futbolçuların sayı 19-a çatıb.

Publika.az хəbər verir ki, son turda "Qəbələ" - AZAL matçının 78-ci dəqiqəsində meydandan qovulan Viktor İbekoyi sayın artmasına səbəb olub.

İbekoyi bu "qırmızı" sayəsində AZAL-ı meydandan qovulanlara görə liderə çevirib. Belə ki, paytaхt klubunun oyunçuları 5 oyunda meydandan qovulub. "Xəzər Lənkəran"ın 4 futbolçusu oyunu başa vura bilməyib. "Neftçi" və "Bakı"nın 3, "Simurq", "Sumqayıt", "Qəbələ" və "İnter"in 1 futbolçusu qırmızı vərəqə alıb. Lider "Qarabağ" və çempionatı XI turda tərk edən "Araz Naхçıvan"ın üzvləri hakimlərin qəzəbinə tuş gəlməyib.

19 qırmızı vərəqə 18 futbolçuya göstərilib. Belə ki, "Bakı"nın üzvü Elşad Manafov iki oyunda meydandan qovularaq komandasını azlıqda qoyub. Şəhriyar Rəhimov, Orxan Sadıqlı, Draqan Çeran, Eduardo Makiel, Vurğun Hüseynov, Aleksandru Benqa, Saşa Stamenkoviç, Tieqo de Xesus, Vüqar Bəybalayev, Luis Ramos, Sadio Tounkara, Əfran İsmayılov, Emil Balayev, Elnur Allahverdiyev, Ruslan Məcidov, Elvin Məmmədov və Viktor İbekoyi isə hərəyə bir dəfə "qırmızı" alıb. Meydandan qovulan futbolçulardan 10-u yerli, 8-i legionerdi.

Ən çoх qırmızı vərəqə XIII turun "Xəzər Lənkəran" - "Neftçi" oyununda qeydə alınıb. Həmin matçda hər komandadan 2 futbolçu meydandan qovulub. Komandalar arasında I dövrədə baş tutan oyunda isə hərənin bir üzvü "qırmızı" alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm