“Qalatasaray” şikayət edəcək
Bizi izləyin

İdman

“Qalatasaray” şikayət edəcək

“Qalatasaray” şikayət edəcək

Türkiyənin “Qalatasaray” klubunun prezidenti Ünal Aysal Çempionlar Liqasında “Çelsi” ilə oyundan sonra açıqlama verib.

Publika.az xəbər verir ki, “Çelsi”nin müdafiəçisi Con Terrinin meydana atdığı ikinci top səbəbindən “Qalatasaray”ın qolunun sayılmaması narazılıqlara səbəb olub.

Ünal Aysal da oyundan sonra verdiyi açıqlamada buna xüsusi toxunub: “Biz UEFA-ya lazımi müraciətlər edəcəyik. Ya qolun sayılmasını, ya da oyunun yenidən keçirilməsini istəyirik”.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının növbəti turu çərçivəsində keçirilən “Qalatasaray” – “Çelsi” oyunu 1-1 hesabı ilə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm