Çempionlar Liqası: “Barselona” beşinci dəfə qalib gəldi
Bizi izləyin

İdman

Çempionlar Liqası: “Barselona” beşinci dəfə qalib gəldi

Çempionlar Liqasının 2014/2015-ci illər mövsümündə qalibinin adı məlum olub.

Publika.az-ın məlumatına görə, Berlində keçirilən final oyununda İspaniyanın “Barselona” klubu İtaliya “Yuventus”una 3:1 hesabı ilə qalıb gələrək, kuboku növbəti dəfə başı üzərinə qaldırıb.

Qolları “Barselona”nın heyətində İvan Rakitiç (4 dəq.), Luis Suares (68 dəq.), Neymar (90+5 dəq.), “Yuventus”un heyətində isə Morata (54 dəq.) vurublar.

Qeyd edək ki, "Barselona" tarixində beşinci dəfə bu turnirdə qalib gəlib və kuboku ömürlük klub muzeyinə aparmaq hüququ qazanıb. Kataloniya klubu bundan əvvəl 1992, 2006, 2009 və 2011-ci illərdə turnirin qalibi olub.

"Yuventus" isə Çempionlar Liqasının (əvvəllər Avropa Çempionları Kuboku) 6 finalında məğlub olan ilk komandadır.

78-ci dəqiqədə meydana çıxan Xavi Çempionlar Liqası çərçivəsində 151 oyun keçirən ilk oyunçu olub. 4-cü dəqiqədə Rakitiçə məhsuldar ötürmə edən İnyesta turnirin 3 finalında məhsuldar ötürmə edən ilk futbolçu kimi tarixə düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm