• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

"Qızıldan başqa heç nə məni maraqlandırmır"

  • İdman
  • 23 İyun 2015 21:03
  • 411 Baxış
"Qızıldan başqa heç nə məni maraqlandırmır"

"Bu yarışda zəif rəqib yoxdur. Hamı çox güclü hazırlaşıb və hamının məqsədi qalib gəlməkdir".

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycanı 69 kiloqram çəki dərəcəsində təmsil edən Lorenso Sotomayor rumıniyalı idmançı Daniel Nikulesku üzərində qazandığı qələbədən sonra deyib. Rəqibi haqqında xoş sözlər deyən təmsilçimiz onun çox güclü boksçu olduğunu və əvvəlki rəqiblərindən fərqləndiyini bildirib: "Bu boksçu əvvəlki rəqiblərimdən daha güclü idi. Çünki o çox cəld oluğundan həm hücuma keçir, həm də vaxtında müdafiə olunmağı bacarırdı.

Ona görə də əvvəlki rəqiblərdən fərqli olaraq daha çox əziyyət çəkdim". Sonda azarkeşlərə minnətdarlığını bildirən Sotomayor belə dəstəyin onu motivasiya etdiyini deyib: "Azarkeşlər həmişə olduğu kimi çox möhtəşəm idi. Ona görə də özümü birincilik üçün motivasiya edirəm. Qızıldan başqa heç bir medal məni maraqlandırmır".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR