Ekopublika.az
Tiflisdə Qədim İpək Yoluna həsr olunmuş forum keçirilir
Bu gündən Gürcüstanın paytaxtı Tiflisdə İpək Yolu Forumuna start verilib.
Publika.az xəbər verir ki, iki gün davam edəcək Forumda Azərbaycan, Türkiyə, Çin, ABŞ, Əfqanıstan, Sloveniya, İtaliya, Çexiya və Qazaxıstan daxil olmaqla 30 ölkənin, eləcə də 20 beynəlxalq maliyyə və donor təşkilatının rəhbərləri iştirak edirlər. Ümumilikdə forumda 1000-ə yaxın qonaq iştirak edir.
Rustaveli adına Akademik Teatrda keçirilən tədbirdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu forumun Gürcüstan üçün mühüm hadisə olmasını vurğulayıb və forumu açıq elan edib. Forum çərçivəsində bir neçə panel iclaslar keçirilir.
Forumda çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakı-Tiflis-Qars dəmir yolu layihəsindən, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizində ölkəmizin aktiv iştirakından, beynəlxalq nəqliyyat qovşağına çevrilməsi baxımından İpək Yolunun ölkəmiz üçün vacibliyindən, Azərbaycan və Gürcüstan arasında birgə tarif siyasətindən bəhs edib.
Qeyd edək ki, bu iclaslarda “Ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin və əməkdaşlığın inkişaf etdirilməsində İpək yolunun yeni imkanları”, “Nəqliyyat və infrastruktur: ölkələr arasındakı ticarət dövriyyəsinə dair yeni tələblər” mövzularında diskussiyalar aparılıb.
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...