Magistral neft, qaz kəmərləri ilə nəqlin həcmi açıqlandı
Bizi izləyin

Ekopublika.az

Magistral neft, qaz kəmərləri ilə nəqlin həcmi açıqlandı

Magistral neft kəmərləri ilə 31,2 milyon ton neft nəql edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,7 faiz artım müsahidə olunub.

Publika.az xəbər verir ki, nəqletmənin dörddə üç hissəsi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib. Cari ilin yanvar-avqust ayları ərzində bu kəmər vasitəsilə 23,6 milyon ton neft ötürülüb. Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 3,6 milyon ton tranzit Türkmənistan nefti nəql edilib. Magistral qaz kəmərlərinə gəlincə, kəmərlərlə ilə 14,4 milyard kub-metr və ya 9,6 faiz çox qaz nəql edilib. Nəql edilmis qazın 28,4 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. 4,1 milyard kub-metr qaz ötürülüb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm