Ekopublika.az
Konsul “Əl-Bəyan” qəzetinə müsahibə verib
Azərbaycanın Dubaydakı baş konsulu Pərviz İsmayılzadə
Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Bəyan” qəzetinə müsahibə
verib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a
bildiriblər ki, diplomat Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri
arasında bir çox sahələrdə, o cümlədən nəqliyyat, logistik dəstək,
ticarət, tikinti, infrastruktur, turizm, kənd təsərrüfatı, ərzaq
sənayesi, maliyyə xidmətləri, rabitə və informasiya texnologiyaları
sahələrində əməkdaşlıq imkanlarından bəhs edib. Baş konsul
ölkələrimiz arasında əlaqələrin inkişafının bariz nümunəsi kimi
Dubay Ticarət və Sənaye Palatasının 2012–ci ildə Bakıda regional
ofisinin açılmasını qeyd edib.
Bildirib ki, bu ofis Birləşmiş Ərəb Əmirlikləri şirkətlərinin
Orta Asiya və Qafqaz bazarında mövcudluğunun təmin edilməsi və
Dubay biznes dairələrinin perspektivli bazarlarda rəqabət
qabiliyyətinin artmasında mühüm rol oynayır.
P.İsmayılzadə kommunikasiya və logistik dəstək, tikinti,
yenidənqurma və infrastruktur, turizm, kənd təsərrüfatı və ərzaq
sənayesi, maliyyə xidmətləri, rabitə və informasiya texnologiyaları
sektorlarının ortaq investisiya üçün əsas əlverişli sahələr
olduğunu qeyd edib.
Baş konsul zəngin təbii sərvətlərə malik Azərbaycanın bir çox
amillərə görə investisiya yatırımları baxımından Birləşmiş Ərəb
Əmirlikləri şirkətləri üçün cəlbedici olduğunu vurğulayıb.
Azərbaycanın ərzaq məhsullarının ixracı üçün də geniş imkanlara
malik olduğunu diqqətə çatdıran diplomat ölkəmizdə turizm
sektorunun inkişafını və təbii müxtəlifliyi qeyd edib. O,
Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri turistləri üçün cəlbedici
məkan olduğunu vurğulayıb.
Baş konsul Azərbaycanın Avropa ilə Mərkəzi Asiya və Yaxın Şərq
arasında körpü olduğunu, Bakının inkişaf etmiş infrastrukturu
sayəsində Xəzər dənizi regionunda logistik mərkəz rolunu oynadığını
nəzərə çatdırıb. O, qeyri-neft sektorunun inkişafı, istehsal
proseslərinin genişləndirilməsi, hökumətin elmi-tədqiqat işlərini
daim diqqət mərkəzində saxlaması və Azərbaycanda insan kapitalının
artması barədə də məlumat verib.
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...