• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Müğənni Elnarə: “Məndə də Elzalaşma gedir”

  • Magazin1
  • 15 Avqust 2015 14:30
  • 2 472 Baxış
Müğənni Elnarə: “Məndə də Elzalaşma gedir”

Müğənni Elnarə Xəlilova arıqlayib. Publika.az-ın obyektivinə adət etdiyimizdən fərqli çıxan müğənni nəinki çəki itirməsinə, elə geyiminə və manikürünə də aydınlıq gətirib. Ayaq dırnaqları ilə əl dırnaqlarının fərqli rənglərdə olmasını zarafatla qarşılayan müğənni bunu belə izah edib:

“Məndə də Elzalaşma gedir. Yaydır da... Yayda hər şey olur. Arıqlamağıma gəlincə isə, mən də oruc tutdum. Bu ərəfədə də həmişə arıqlayıram. Ən azı 5-6 kilo çəki atıram. Orucluqdan əvvəl 69 kq. idim. İndi isə 65 kq. çəkidəyəm. Bu da kəskin hiss olunur. Bundan başqa, idmanla da məşğul oluram”.

Müğənni, həmçinin, üzərində olan bəzək əşyalarından da danışıb.

“Hazırda üzərimdə qızıl da var, bijuteriya da. Daha çox bijuteriyalara üstünlük verirəm. Evdə də qızıl-brilliantla müqayisədə birjuteriyalarım çoxluq təşkil edir. Biz sənətçilər bir gündə 4-5 tədbirə gedirik. Hər tədbirə də müxtəlif libaslar geyinirik. Onların hamısına uyğun qızıl-brilliant çatdırmaq mümkün deyil”.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR