İlhamə Quliyeva: “Nə istəyirəmsə, o işi də görürəm…” - VİDEO
Bizi izləyin

Magazin1

İlhamə Quliyeva: “Nə istəyirəmsə, o işi də görürəm…” - VİDEO

“Rusiyada hüquq təhsili alıram. Moskva Dövlət Universitetinin tələbəsiyəm. Mənim görəcəyim işlər hələ qabaqdadır. Atam da zamanında prokuror olub. Bu mənim genimdə var. İndi ayrı zəmanədir. Savadlı insanlar lazımdır. Mən nə istəyirəmsə, o işləri də görürəm”.

Publika.az xəbər verir ki, bu sözləri xalq artisti İlhamə Quliyeva ATV-yə müsahibəsində deyib.

Ancaq xalq artisti məhkəmə çəkişməsində öz hüquqlarını vəkillərinə həvalə edəcək: “Diplomu aldıqdan sonra özüm-özümü müdafiə edə bilərəm. Niyə mən məhkəmələrə çıxmalıyam? Vəkillərimə nə gəlib? Camaatın 1 vəkili olanda, mənim 5 vəkilim var. O qədər savadlıyam ki, vəkillərimə nə etmək lazım olduğunu özüm deyirəm”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm