Aşpazlıqdan müğənniliyə gələn Niyam Salami köhnə peşəsinə qayıdır
Bizi izləyin

Magazin1

Aşpazlıqdan müğənniliyə gələn Niyam Salami köhnə peşəsinə qayıdır

Müğənni Niyam Salami özünü aparıcı kimi də sınamaq qərarına gəlib.

Publika.az-a açıqlama verən ifaçı bildirib ki, o, bu gündən etibarən “Azad Azərbaycan” telekanalında “Mənim mətbəxim” adlı verilişin aparıcısıdır: “Düşünürəm ki, istedadlı insan hər bir sahədə yüksək göstəricilər nümayiş etdirir. Xeyli müddət idi bu layihə üzərində çalışırdım. Lakin aparıcılıq edəcəyimi mediadan gizlədirdim. Çünki bir işi görüb, sonra danışmağı sevirəm. Onsuz da insanlar şou-biznesdə boş-boş söhbətlərdən, qalmaqallardan təngə gəliblər. Yeni verilişim mətbəxdə çəkiləcək. Bir çoxları bilir ki, mən ifaçılıqdan əvvəl aşpaz olmuşam. İndi də əl qabiliyyətimi insanlara göstərəcəm. Hər efir günümdə isə musiqili qonaqlarım olacaq. Düşünürəm ki, aparıcılığım da pis alınmayacaq”.

Qeyd edək ki, N.Salaminin təqdimatında “Mənim mətbəxim” verilişi həftənin bazar günləri yayımlanacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm