Magazin1
Biri burnundan keçdi, o birisi... – Cərrahlara işi düşən məşhurlar - FOTO
Şou nümayəndələrinin əməliyyat olunduğunu eşidəndə ilk ağlımıza gələn bunun mütləq mənada estetik məqsəd daşıdığı fikri olur. Oktyabr ayı ərzində xeyli şou nümayəndəsinin yolu xəstəxanaya düşüb.
Publika.az xəbər verir ki, onlardan bəziləri elə ilk ağlımıza gələn səbəbdən dolayı əməliyyat olunsa da, məcburən cərrah bıçağı altına yatanlar da var.
Bu xına o xınadan deyil
Məsələn, müğənni elit star Cəmilə belindən əməliyyat olunub. O, açıqlamasında şiddətli ağrılardan şikayətlənib. Məlum olub ki, həmin ağrıların səbəbi onurğa sütununun bel hissəsində 10 millimetr ölçüsündə yırtıqdır. 5 gün əvvəl əməliyyat keçirən müğənni hazırda yaxşıdır.
Bu ay ərzində onurğa sütunundakı fəqərəarası disk yırtığından şikayətlənərək cərrah yardımına ehtiyac duyan, sadəcə, elit star Cəmilə deyil. Teleaparıcı Sərxan Kərəmoğlunun da dərdi yırtıq olub. Aparıcı boynundakı fəqərəarası yırtıqdan ötrü ta Təbrizə gedib çıxıb.
Sərxanın həmkarı Şəhriyar Əbilovda yırtıq olmasa da, çatlar əmələ gəlib. Sərxan kimi el-el dolaşmayan aparıcı Bakıdakı Neftçilər Xəstəxanasına yataraq daxili bağırsaq çatlarında yaranan şişlərinə çarə axtarıb.
İzləyicilərinin istəyi ilə burnundan keçdi...
“Gözəllik qurban tələb edir” məsəlini əlində bayraq tutan müğənni Xatun Əliyeva burun əməliyyatı keçirib. Özü də sosial şəbəkə izləyicilərinin istəyi ilə:
“Mərdi qova-qova namərd edənlər, o qədər “burnunu kəsdir”, - deyib lağ etdiniz ki, sonunda əməliyyat etdirdim”.
Təqibçilərinin istəyi ilə gözəlləşsə də, əməliyyatın müvəqqəti xarakter daşıyan acı nəticələri, deyəsən, onu sarsıdıb. O da izləyicilərini belə cəzalandırıb:
“Üzümün şişi tam çəkilməyənə qədər efirə də çıxmayacam, sosial şəbəkədə şəkil də paylaşmayacam”.
İsa Şükürov
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ