Xalq artisti sənətdən gedir - FOTO
Bizi izləyin

Magazin1

Xalq artisti sənətdən gedir - FOTO

Xalq artisti Nisə Qasımovanı küsdürüblər. Sənətçi səhnədən getməyi düşünür.

Publika.az xəbər verir ki, sosial şəbəkədə onu incidənlərə tez-tez ünvansız atmacalar atan Nisə Qasımova yenə də ürəyini boşaldıb.

Müğənni fotosunu paylaşıb və sənətdən gedəcəyinə diqqət çəkib: “Müğənnilik sənətini mənə sevdirənə də, nifrət etdirənə də əhsən. Düşünürəm ki, bu sənətdən vaxtında getmək lazımdır”.

Amma onu sevənlər “Getmək yox, qayıtmaq vaxtıdır”-, deyib onu fikrindən daşındırmağa çalışıblar.

Qeyd edək ki, xalq artisti zaman-zaman haqsızlıqlardan bezib-inciyərək səhnədən gedəcəyini deyib. Müəyyən fasilələrdən sonra yenə qayıdıb. “Mən yenə qayıtdım” mahnısını da elə sənətdən uzaqlaşıb, yenidən qayıtdığı dönəmlərdə oxuyub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm