“Eurovision” təmsilçimizin KLİPİ təqdim olundu - VİDEO
Bizi izləyin

Magazin1

“Eurovision” təmsilçimizin KLİPİ təqdim olundu - VİDEO

Azərbaycanı may ayında Kiyevdə baş tutacaq "Eurovision 2017" mahnı müsabiqəsində təmsil edən Diana Hacıyevanın klipi təqdim olunub.

Azərbaycanı may ayında Kiyevdə baş tutacaq "Eurovision 2017" mahnı müsabiqəsində təmsil edən Diana Hacıyevanın klipi təqdim olunub.

Publika.az xəbər verir ki, "Skeletons" adlanan mahnının müəllifləri bəstəkar prodüser İsa Məlikov və Sandra Byormandır. Klip isə xarici rejissorlara həvalə olunub.

Qeyd edək ki, Diana Hacıyeva müsabiqənin mayın 9-da keçiriləcək 1-ci yarımfinalında çıxış edəcək.

Azərbaycan sözügedən müsabiqədə 2008-ci ildən etibarən iştirak edir. 2008-ci ildə müsabiqədə ölkəmizi təmsil edən Elnur Hüseynov və Samir Cavadzadənin ifa etdikləri “Day After Day” (Günbəgün) mahnısının sözlərini Zəhra Bədəlbəyli, musiqisi isə Gövhər Həsənzadə yazıb.

Onlardan sonra iştirakçılarımızın oxuduqları mahnılar isveçli bəstəkarlara həvalə olunub. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu ilki mahnını yerli bəstəkarlar tərəfindən hazırlanıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm