Magazin1
Röya radioları YIXIB-SÜRÜDÜ: "Ay qınından çıxıb qınını bəyənməyənlər!" - - VIDEO
Əməkdar artist Röya Ayxan instaqram hesabından odlu-alovlu çıxış edib.
Publika.az xəbər verir ki, radioların yerli mahnılar yerinə xarici mahnılara üstünlük verməsi sənətçini özündən çıxarıb. O, bütün radioları sərt şəkildə qınayıb:
"Doğrudan da biabırçılıqdır. Soruşun niyə? Maşında gedirəm və artıq 5-ci radioya çevirmişəm ki, türk mahnıları oxunur. Görəsən, biz bu qədər pul buraxırıq, bunların haqqını kim verəcək? Dörd gecədir Nihat Odabaşı ilə klip çəkirik. Sonra da yekə-yekə deyirik ki, türklər gəlir Bakıya bizimkiləri tanımır. Bizimkilər onların əlindən öpür. Düzdür, mən öpməmişəm. Amma öpənlərimiz çox olub. Radiolara səslənib deyirəm ki, ya işinizi bilin, ya da "işinizi bilin"! Çünki adam sizin üçün heç mahnı da oxuyub vermək istəmir. Ona görə də sonra deməyin ki, bizi heç kim görmür, saymır. Siz özünüz özünüzü saymırsınız. Sizə uğurlar olsun, qınından çıxıb qınını bəyənməyənlər!"
O, daha sonra türklərlə işbirliyi etməsinin səbəbini də açıqlayıb:
"Məni sevənlərə hörmət edərək, bu pullar buraxılır ki, illər sonra internetdə yaxşı klip izləsinlər".
Əsəbi soyumayan Əməkdar artist daha sonra Milli Televiziya və Radio Şurasının direktoru Nuşirəvan Məhərrəmliyə müraciət edib:
"Burdan Nuşirəvan müəllimə müraciət edirəm, xahiş edirəm ki, televiziyalarda klip saatı ayrılsın. Bizə bu dərəcədə hörmətsizlik olmaz. Sizi başa düşürəm, Nuşirəvan müəllim. Başınız ən çox keyfiyyətli və maraqlı olsun deyə verilişlərə qarışıb. Amma biz "əldən gedirik", belə olmaz. Bütün sənət dostlarım mənimlə razı olacaqlar. Kim qorxaqdırsa, razı olmasın".
Pərviz Hüseyn
-
Dünya19 Noyabr 23:12Bu ölkədə altı günlük iş həftəsi ləğv edildi
-
İdman19 Noyabr 23:00PSJ 50 milyonluq futbolçunun satışını təkzib etdi - FOTO
-
Nida Xəbər 19 Noyabr 21:50Holdinq rəhbəri 445 minlik mənimsəyə görə Azərbaycana gətirildi
-
Art19 Noyabr 20:48Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasında - FOTO
-
Dünya19 Noyabr 20:36Qız həqiqəti gizlətdiyi üçün toy ləğv edildi - Kosmik tədqiqatlar üzrə alimi necə aldadıblar?
-
Elm və təhsil19 Noyabr 20:00Nazir Məleykə Abbaszadəni BDU-nun kollektivinə təqdim etdi - FOTO
-
Rəsmi xronika19 Noyabr 16:08Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır - İlham Əliyev
-
Nida Xəbər 19 Noyabr 15:12Məleykə Abbaszadə rektor təyin olunmazdan 13 dəqiqə əvvəl nə paylaşmışdı? - FOTO








.jpg)


.png)









.jpg)













.png)