• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Od qızı Tünzalənin layihəsində - FOTOLAR

  • Magazin1
  • 17 Aprel 2015 17:45
  • 756 Baxış
Od qızı Tünzalənin layihəsində - FOTOLAR

Əməkdar artist Tünzalə Ağayeva media mənsublarını başına yığaraq, yeni mahnısını təqdim edib.

Publika.az-ın məlumatına görə, mətbuat konfransında Tünzalənin duet ortağı, İtaliya və Fransanın tanınmış RNB müğənnisi Kelli Coys da iştirak edib.

Sənətçi “Bakımın üzü gülür” adlı musiqi layihəsinı Azərbaycanda keçirilən Avropa Oyunlarına həsr etdiyini bildirib:

“Kelli ilə mənim tanışlığım Bakıda olub. Onun Bakıya gəlişinin səbəbi də mənimlə birgə ifa etdiyi, “Baku-2015” ilk Avropa Oyunlarına həsr olunun duetlə bağlıdır. “Baku smiles” (Bakımın üzü gülür) adlı mahnının sözləri İsmayıl Dadaşova (Azərbaycan dilində), Zəhra Bədəlbəyliyə (ingilis dilində ), musiqisi Tünzalə Ağayevaya, aranjemanı Emin Kərimova məxsusdur. Mahnıya çəkilən klipdə Avropa Oyunlarının könüllüləri iştirak edib. Klipi ukraynalı rejissor İvan Kvaşa ekranlaşdırıb.

Mətbuat konfransında sənətçi səfir seçildiyi komitəyə də öz minnətdarlığını ifadə edib. Qeyd edək ki, Tünzalə Avropa oyunlarında Atıcılıq Komitəsi üzrə səfir seçilib.

Kelli də təəssüratlarını bölüşüb: “Bakıda olmağımdan çox məmnunam. Bakının zəngin mətbəxinə, xüsusilə plova heyranam.

Bu bir təsadüfdür ki, mən odlar diyarında qonağam. Saçlarım qırmızı olduğu üçün həmişə mənə od qızı deyiblər”.

Qeyd edək ki, Kelli sırf mətbuat konfransına qatılmaq üçün Bakıya gəlib. Tədbirə gec qatılan müğənni bu axşam da geri qayıdacaq.

Onu da öyrəndik ki, mətbuat konfransında mahnının ekran versiyası nümayiş olunmayıb. Tünzalə klipin tam hazır olmadığını deyib.

Tünzalə Ağayeva may ayında Heydər Əliyev Sarayında təqdim edəcəyi ikigünlük solo konsertindən də danışıb. Bildirib ki, konsert mayın 22-23-də baş tutacaq və dinləyicilərinin qarşısına yeni repertuarla çıxacaq. Konsert “Xoş gəldin” adlanacaq.

İsa

Cəvahir

Foto: Rəşad Abbasov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR