Aygün Kazımova Elnur Hüseynovu tanımamasına münasibət bildirdi - Açıqlama
Bizi izləyin

Magazin1

Aygün Kazımova Elnur Hüseynovu tanımamasına münasibət bildirdi - Açıqlama

Xalq artisti Aygün Kazımovanın “MuzTV”yə müsahibəsində Azərbaycanı 2008 və 2015-ci illərdə “Eurovision” musiqi yarışmasında təmsil edən Elnur Hüseynovu tanımaması əhali arasında birmənalı qarşılanmayıb. Çünki xalq artisti hər zaman Azərbaycanı ilk dəfə “Eurovision” musiqi yarışmasında təmsil edən Elnur və Samir cütlüyünə xüsusi rəğbəti ilə seçilib. O, müxtəlif kanallara müsahibələrində cütlük haqda xoş sözlər deyib.

Məsələ ilə əlaqədar Publika.az xalq artisti Aygün Kazımova ilə əlaqə saxlayıb. O, müxbirin sualını düzgün başa düşmədiyini, anlaşılmazlıq yarandığını və elə bu səbəbdən də ortaya yanlış cavab çıxdığını bildirib:

“Elnur və Samir mənim çox sevdiyim müğənnilərdir. Müxbirin sualını tam anlamadım. Elçin Hüseynov, Anar Hüseynov, Elnur Hüseynov... Hüseynovlar başımı qatdı. Bu səbəbdən belə alındı. Kimdən söhbət getdiyini tam anlamadım. Elnur Hüseynov və Samir Cavadzadə “Eurovision”da ölkəmizi təmsil edən yeganə və mənim aləmimdə ən uğurlu çıxışçılardır. Onların sənətlərinə sonsuz hörmətim var. Onları sevirəm, onlar mənim canlarımdır”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm