“Polkovnik” sənədli filmi çəkilir
Bizi izləyin

Magazin1

“Polkovnik” sənədli filmi çəkilir

Görkəmli hərbi xadim Vəli bəy Yadigarov haqda Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" studiyası və Polşanın "Kaleydoskop" kinostudiyası tərəfindən "Polkovnik" adlı sənədli film çəkilir.

Vəli bəy Yadigarov rus çar ordusunun tərkibində I Dünya müharibəsində iştirak etmiş, Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunda korpus komandirinin yanında eskadron komandiri olmuşdur. XI Qızıl Ordu Bakıya daxil olanda üçüncü Şəki süvari alayının pərakəndə dəstəsi ilə vuruşa-vuruşa Gürcüstan ərazisinə çəkilmişdir. 1921-ci ilin martınadək bolşeviklərə qarşı vuruşmuş və həmin il əvvəlcə Türkiyəyə, sonra Polşaya mühacirətə getmişdir. Polşada "Armiya krayova" xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi və 10-cu süvari atıcılar əlahiddə diviziyasının komandiri olmuşdur.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, çəkilişləri Azərbaycan, Polşa və Gürcüstanda aparılan filmin Gürcüstan və Polşa çəkilişləri artıq yekunlaşmış, Azərbaycan çəkilişlərinin isə iyun-iyul aylarında tamamlanması nəzərdə tutulub.

Filmin rejissorları Tahir Əliyev və Leji Lyubax (Polşa), ideya müəllifi Həsən Həsənov, ssenari müəllifi Ramil Ələkbərov, prodüseri Nazim Hüseynovdur.

Filmin çəkilişlərində polşalı kinematoqraflar da iştirak edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm