ATV-dən "qadağalı" müğənnilərlə bağlı rəsmi AÇIQLAMA/ÖZƏL
Bizi izləyin

Magazin1

ATV-dən "qadağalı" müğənnilərlə bağlı rəsmi AÇIQLAMA/ÖZƏL

ANS-də yayımlanan “Maşın realiti şou”da iştirak etdiyinə görə bəzi müğənnilərə ATV telekanalında qadağa qoyulması ilə bağlı məlumatlar yayılıb.

Hətta şounun sonuncu buraxılışına dəvət alan bəzi müğənnilər ATV telekanalının rəhbərliyi tərəfindən xəbərdarlıq edildikdən sonra dəvətdən imtina etdiklərini deyib. Xəbərdarlıq isə ondan ibarət olub ki, əgər ANS-də yayımlanan “Maşın şou”da görünsəniz, bir daha ATV telekanalında görünməyəcəksiniz. Digər müğənnilər adlarının çəkilməsini istəməsələr də, müğənni Niyam Salami bunu açıq şəkildə etiraf edib.

“Azad Azərbaycan” Televiziya Şirkətinin Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu bununla bağlı Publika.az-a açıqlama verib: “ATV heç bir müğənni qarşısında nə tələb qoyub, nə də hər hansı bir təsir qüvvəsinə malikdir. İstənilən müğənni istədiyi telekanalda, yaxud da şadlıq evlərində çıxış edə bilər. Bu, onların öz işidir. Amma müğənninin repertuarının verilişə uyğun olub-olmaması söhbəti var. Əgər hansısa bir müğənninin repertuarı bir verilişə uyğun gəlmirsə, o müğənninin həmin verilişdə nə işi var?! Amma repertuarı uyğun gələn digər verilişdə iştirak edə bilər”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm