Əməkdar artist TÜRKSOY-un konsertində çıxış edəcək
Bizi izləyin

Magazin1

Əməkdar artist TÜRKSOY-un konsertində çıxış edəcək

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc və istedadlı solisti, əməkdar artist, Prezident mükafatçısı Afaq Abbasova iyunun 20-dən 27-dək Türkmənistanda TÜRKSOY-un xətti ilə keçiriləcək möhtəşəm tədbirdə çıxış edəcək.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, türk dünyasının ən məşhur vokal ustalarının çıxış edəcəyi konsertlər iyunun 23-də Marı, 25-də isə Türkmənabad şəhərində baş tutacaq.

Türkmənabadda keçiriləcək konsertdə Türkmənistan Prezidentinin də iştirakı gözlənilir.

Afaq Abbasova konsertlərdə Türkmənistan Dövlət Simfonik orkestrinin müşayiəti ilə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin və Fikrət Əmirovun “Sevil” operasından Sevilin ariyalarını ifa edəcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm