Polad Ələmdar Abdülheyi rədd etdi
Bizi izləyin

Magazin2

Polad Ələmdar Abdülheyi rədd etdi

“Kurtlar Vadisi Pusu” seriyalında “Abdülhey” obrazını canlandırmış aktyor Kenan Çoban davamlı olaraq 11 il çəkildiyi, amma 2014-cü ildə vida etdiyi filmə geri qayıtmaq istəyir.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, “Kurtlar Vadisi Pusu”ya geri dönmək istəyən aktyorun bu arzusu Necati Şaşmaz tərəfindən rədd edilib.

Buna səbəb isə Kenan Çobanın ötən il Necati Şaşmazın yanından ayrılıb küsülü olduğu qardaşı Raci Şaşmazla çalışması olub. Necati Şaşmaz Kenan Çobana hələ ötən ildən veto qoyduğunu bəyan edib.

Xatırladaq ki, aktyor Kenan Çoban “Kurtlar Vadisi Pusu” seriyalından ayrılandan az sonra Necati Şaşmazıın qardaşı, tanınmış rejissor Raci Şaşmazın çəkdiyi “Beyaz Karanfil” (“Ağ qərənfil”) seriyalında rol alıb. Ancaq film reytinq gətirmədiyindən, bir müddətdən sonra çəkilişi dayandırılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm