14 marşrut xəttinin istiqaməti dəyişir
Bizi izləyin

Nəqliyyat

14 marşrut xəttinin istiqaməti dəyişir

Nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Fevralın 26-da paytaxtda 14 marşrut xəttinin istiqaməti dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar keçiriləcək ümumxalq yürüşünün rahat, təhlükəsiz və fasiləsiz təşkil edilməsi məqsədi ilə paytaxtın mərkəzi hissəsində bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Buna görə də 14 marşrut xəttinin (1,2,4,5,8, 21, 30, 32, 46, 49, 88, 125, 175, H1) hərəkət trayektoriyası da dəyişdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm