Rusiya DİN azərbaycanlı jurnalistin ölümü ilə bağlı məlumat yaydı
Bizi izləyin

Nəqliyyat

Rusiya DİN azərbaycanlı jurnalistin ölümü ilə bağlı məlumat yaydı

Rusiya Daxili İşlər Nazirliyi azərbaycanlı jurnalist Ülviyyə Şamilqızının ötən gün Həştərxanda avtomobil qəzasında ölməsi barədə rəsmi məlumat yayıb.

Rusiya DİN-in Həştərxan vilayəti üzrə idarəsinin məlumatında bildirilir ki, ötən gün yerli vaxtla saat 18.20-də Həştərxan şəhərində 30 yaşlı sürücünün idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil yolun hərəkət hissəsinin piyada zolağından keçən, Həştərxan universitetlərindən birində təhsil alan 1986-cı il təvəllüdlü tələbə qızı vurub.

Azərbaycanlı tələbə aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Həştərxanın 1 nömrəli Yol-patrul xidmətinin xüsusi batalyonunun əməkdaşları hadisənin başvermə şəraitini araşdırır.

Qeyd edək ki, hadisədə ölən Ü. Şamilqızı Azərbaycanın müxtəlif media qurumlarında çalışıb. (apa)

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm