Nida.az
"Nurçuların siyası iddiası var. Onların hədəfi hakimiyyəti götürməkdir"
"Nurçuluq çərəyanı Azərbaycanda var və bu çərəyan dini çərəyandır. Azərbaycan üçün də böyük təhlükədir. Baxmayaraq ki, bizim ölkədə dini azadlıq var. Hətta atestlər də var. Ancaq dini siyasətə qatmaq böyük təhlükədir"
Bunu Publika.az-a açıqlamasında BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı bildirib.
Onun sözlərinə görə, siyasətçilər öz məsədi üçün dindən istifadə
etməməlidilər: "Azərbaycan konistitusiyası da buna imkan vermir.
Öləkəmizdə fəaliyyət göstərən "Çağ öyrətim" siyasi elitanı dinə
meylləndirilməsi siyasəti ilə məşğul olur. BAXCP sədri Qüdrət
Həsənquliyev hələ bir neçə il bundan qabaq Milli Məclisdə və ölkə
mətbuatında bu çərəyan haqqında geniş məlumat vermişdi. Nurçuların
siyasi iddiaları var. Bu gün haqlı olaraq bu dini çərəyanla bağlı
narahatlıqlar dilə gətirilit. Azərbaycanda başqa-başqa dini
cərəyanların təsirinin olduğu məktəblərin yaranmasına icazə vermək
olmaz! Bunlar xalqımızın ən savadlı uşaqlarını dini çərəyana cəlb
etməklə gələcəyimizi əlimizdən almaq istəyirlər. Bunə qətiyyən yol
vermək olmaz. Uşaqlar yetkinlik yaşına çatana qədər hansısa bir
dini cərəyana yaxınlığa icazə verilməməlidir. İmkanlı ailələrin
uşaqlarınını təhsili üçün ildə 7 000 manat pul da alırlar. Həm
pulumuzu alırlar, həm də övladlarımızın beynini korlayırlar. Bunun
qarşısı dərhal alınmalıdır, qarşısı alınmasa , Azərbaycanın dünyəvi
dövlətçiliyini təhlükə altına ata bilər. Heç kimin haqqı yoxdur ki,
dünyəvi dövlətçiliyi bizim xalqın əlindən alsın. İstər nurçu olsun,
istər vəhhabi və ya sələfi həmin təriqət ekstremizmlə məşğuldursa,
başqalarının hüquqlarına təhlükə yaradırsa, cəmiyyət hamılıqla
qınamalıdır və dərhal qanun sərtliyi tətbiq olunmalıdır. Nurçuların
siyası iddiası var. Onların hədəfi hakimiyyəti götürməkdir Onlar
yazırlar ki, yalnız qəlbində nur olan (söhbət nurçulardan gedir),
beynində biliklə zəngin olan, qəlbi də nurla dolu olan insanlar
siyasi hakimiyyətə gəldiyi təqdirdə ədalətli cəmiyyət
qurmalıdırlar. Bunu insanların beyninə yeridirlər. Əslində burda
sırf siyasi hakimiyyət iddiası ortadadır"
BAXCP sədrinin muavini Nİyaməddin Orduxanlı 10 gündən artıqdır ki,
ölkə gündəmindən düşməyən bu hadisənin səbəbini də izah etdi: "Hər
gün ölkənin əsas mətbuat orqanlarında bir neçə məqalə çap edilir və
ölkədə yüksək vəzifə tutan adı nurçuluqda hallanan şəxsləri
təkzibləri yayılır. Deməli, kifaəyət qədər bu məlumatların əsası
var. Ölkənin idarəçiliyində olan şəxslərin hər hansı bir dini
çərəyan daşıması yolverilməzdir. Nuçulara bağlı universitetləri
bitirən gənclər yüksək dövlət postlarında və hakimiyyət
orqanlarında da təmsil olunurlar."
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər