• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Şanxay Əməkdaşlıq Təşkilatı Bakı üçün niyə əhəmiyyətlidir?

  • Nida.az
  • 14 İyul 2015 10:36
  • 423 Baxış
Şanxay Əməkdaşlıq Təşkilatı Bakı üçün niyə əhəmiyyətlidir?

“Azərbaycan üçün Şanxay Əməkdaşlıq Təşkilatı Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından daha üstündür”.


Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib.


Politoloq ŞƏT-də təmsil olunan dövlətlərin hər birinin öz maraqlarını olduğunu deyib: “Rusiya üçün Krım və Donetskə müdaxilədən sonra ABŞ və Avropa Birliyi ilə pisləşən münasibəti fonunda ŞƏT və BRİKS-lə (Braziliya, Rusiya, Hindistan, Çin və CAR – red) əlaqələrin genişlənməsi vacibdir. Çin üçün ŞƏT Mərkəzi Asiyaya doğru yumşaq irəliləmənin vasitəsidir. Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üçün ŞƏT-ə daxil olmaq Moskvanın özbaşınalığına qarşı Çin amilindən istifadə etmək məqsədi daşıyır. Pakistanın Mərkəzi-Asiya ölkəsi olaraq ŞƏT-ə qoşulması təbiidir. Hindistan ona balans üçün bu addımı atır. Azərbaycanın da ŞƏT-də təmsil olunmasının bir sıra səbəbləri var”.


R. Musabəyov qeyd edib ki, Azərbaycanın Qazaxıstanla uzunmüddətli əməkdaşlıq münasibətləri var, Rusiya ilə strateji əməkdaşlıq səviyyəsi yüksəlir: “Çinlə münasibətlər də əsasən iqtisadi sahədə inkişaf edir. İranın ŞƏT-ə daxil olmaq perspektivləri var və mümkündür ki, bu birləşmə Bakı üçün Türkiyəni daha çox cəzbedici edir. Axı Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından fərqli olaraq, ŞƏT-də Moskva üstün deyil. Burada ən nüfuzlu dövlət Çindir. Qardaş Pakistanın və digər türk dövlətlərinin bu təşkilatda olması Azərbaycan üçün əlavə dəstək tapmağa imkan yaradır”.


Politoloq hesab etmir ki, ŞƏT gələcəkdə ATƏT kimi təşkilat ola bilər.


“Amma bu, Asiyada təhlükəsizlik məsələsini gücləndirir. Ümumilikdə Asiyada təhlükəsizlik və əməkdaşlıq arxitekturasının ilkin mərhələsində iştirak Azərbaycan üçün fövqəladə dərəcədə əhəmiyyətlidir”, - deyə o vurğulayıb.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR