Regionda Bakının əlini gücləndirəcək yeni güc peyda olur
Bizi izləyin

Nida.az

Regionda Bakının əlini gücləndirəcək yeni güc peyda olur

“Türkiyə son illərdə qlobal oyunçu olaraq dünya səhnəsinə çıxır. Siyasi gücü ilə yanaşı, bu ölkənin iqtisadi gücü də artır. Son 10 ildə Türkiyənin 3 dünya ölkəsindən birinci dünya ölkələri sırasına çıxması da bunu göstərir”.

Publika.az xəbər verir ki, “The Strait Times” nəşri Türkiyənin regionda proseslərə nəzarət edən güc olaraq peyda olduğunu yazıb.

Məqalədə deyilir: “Vaxtilə kredit üçün əl açan, gələcəyinə Qərb ölkələrinin qərar verdiyi Türkiyənin gücünü artıq dünya qəbul etməkdədir”.

Qeyd edək ki, ABŞ-ın “Stratfor” Araşdırmalar Mərkəzinin direktoru, məşhur amerikalı politoloq Corc Freedmanın proqnozlarına görə də yaxın gələcəkdə Türkiyə Orta Şərqi, Orta Asiyanı və Balkanları ələ alaraq böyük bir gücə çevriləcək: “Paytaxt Ankaradan İstanbula köçürüləcək. Ağdəniz və Qara dəniz türk gölünə çevriləcək. Neo Osmanlı nəzəriyyəsi gerçəkləşəcək və Türkiyə Osmanlı imperiyasına yenidən hökm edə biləcək. Artıq bu prosesin izlərini görə bilirik. Türkiyə İslam coğrafiyasında getdikcə digər ölkələr üzərində təsir imkanlarını genişləndirir. Balkanlarla da öz təsirlərini artırır. Qafqazda Azərbaycan və Gürcüstanla güclü bir ittifaq qurdu”

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm