“Azərbaycana qaçan ermənilərin sayı Avropadakı ərəblərdən çox olacaq” – Bakıya qaçan erməni
Bizi izləyin

Nida.az

“Azərbaycana qaçan ermənilərin sayı Avropadakı ərəblərdən çox olacaq” – Bakıya qaçan erməni

“Ermənistanda normal düşünən heç kəs Azərbaycanla müharibə etmək istəmir”.


Publika.az xəbər verir ki, bu barədə Azərbaycana sığınan Ermənistanın “Milli Azadlıq Hərəkatı” ictimai birliyinin sədri Vahan Martirosyan bu gün keçirdiyi mətbuat konfransında deyib.


O, siyasi sığınacaq aldığına görə Azərbaycan hökumətinə təşəkkür etdiyini bildirib.

Dağlıq Qarabağ münaqişəsindən danışan V. Martirosyan sülh istədiklərini bildirib: “Biz sülh istəyirik. Erməni ordusu dəhşətli dərəcədə ağır vəziyyətdədir və o nəinki Azərbaycanın, hətta üçüncü dərəcəli Afrika ölkəsi ordusunun hücumlarını dəf etməyə qadir deyil. Ermənistanda bizə Azərbaycan haqda yalan məlumatlar sırımağa çalışırdılar. Əgər Ermənistanda Azərbaycandakı real vəziyyətin necə olduğunu bilsələr, əminəm ki, Azərbaycana axışacaq erməni qaçqınların sayı Avropadakı ərəblərin sayından çox olacaq”.


Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm