İsa Qəmbər Moskva radiosuna: “Rusiya danışıqlara imkan yaratmalıdır”
Bizi izləyin

Nida.az

İsa Qəmbər Moskva radiosuna: “Rusiya danışıqlara imkan yaratmalıdır”

“Ermənistan növbəti dəfə ciddi səhv edir. Nə qədər gec deyil, onlar bu prosesi dayandırmalıdır. Çünki qondarma “DQR”-in müstəqilliyinin tanınması danışıqlar prosesinə ölümcül zərbə deməkdir”.

Publika.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər “Qovorit Moskva” radiosuna açıqlamasında deyib.

Onun sözlərinə görə, belə bir addım danışıqlar prosesini mənasız edir: “Ümid edirəm ki, Ermənistan bundan əl çəkəcək və parlament qanun layihəsini qəbul etməyəcək. Bu danışıqlar prosesinə, Azərbaycana təzyiq cəhdidir. Həmçinin, vəziyyəti kəskinləşdirərək, hansısa üstünlüyə nail olmaq istəyirlər”.

İ. Qəmbər deyib ki, “DQR”-in tanınması cəhdi beynəlxalq təşkilatlar üçün ciddi siqnaldır.

“Biz hesab edirik ki, danışıqlar prosesi bir ölkənin, yaxud bir beynəlxalq təşkilatın inhisarçılığında ola bilməz. Bu proses Azərbaycan və Ermənistan arasında getməlidir. Beynəlxalq təşkilatlar, müxtəlif ölkələr, həmçinin Rusiya danışıqların uğuru üçün imkan yaratmalı, burada hansısa iqtisadi, yaxud siyasi qazanc əldə etməyə çalışmamalıdır”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm