Nida.az
NATO Cənubi Qafqazda Rusiyaya qarşı hərbi ittifaq qurur?
Türkiyə, Azərbaycan və Gürcüstanın 2017-ci ildə
keçirilməsi planlaşdırılan hərbi təlimlərinə NATO qüvvələri də
qoşula bilər.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın
“Rezonans” saytı yazıb.
Saytın iddiasına görə, bölgədə NATO-nun dəstəyi ilə yeni hərbi
ittifaq yarana bilər: “Qərb bunu “Rusiya təcavüzündən” müdafiə
olunmaq adı altında edir. Əslində Gürcüstan, Türkiyə və
Azərbaycanın təlimlərlə bağlı razılığı NATO-nun regionda
güclənməsinin siqnalı hesab edilməlidir”.
Rusiyalı hərbi analitik Aleksandr Xramçikin isə hesab edir ki,
Türkiyə-Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı NATO-nun bölgədə
Rusiyaya alternativi kimi qəbul edilə bilər.
“Cənubi Qafqazda hərbi əməkdaşlığın sonrakı inkişaf ssenarisi isə
Rusiya və Qərbin qarşıdurmasının səviyyəsindən asılı olacaq”, -
deyə o bildirib.
Asif
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı