Nida.az
AXCP Əli Kərimliyə görə cavab verdi: “Bu, xəbislikdir”
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Əli Kərimlini Ukrayna ilə bağlı fikirlərinə görə, tənqid edən Müsavata, REAL-a və digərlərinə cavab verib.
Publika.Az xəbər verir ki, biri doğru bir fikir söyləyir, dediyinin həqiqət olduğu az zaman içində təsdiqlənir və hamı da bunu görür: “Ancaq deyilən fikir və doğruluğu sübut olunan məntiq qalır bir tərəfdə, deyirlər ki, sən indi filankəslərdən ağıllımı çıxdın ki, belə danışırsan. Halbuki bir avropalı belə halda doğru fikir söyləyəni təqdir edər, şəxsə deyil, həqiqətə münasibətinə görə fikir bildirər”. Onun fikrincə, bir çox faciələrimizin kökü də məhz zaman -zaman həqiqəti şəxsi münasibət və iddialara qurban verməyimiz olub.
“Ona görə də özünüzü içinizdəki xəbislikdən azad edin”-deyə o
bildirib.
Qeyd edək ki, Əli Kərimlinin Ukrayna inqilabçılarının
qətiyyətsizlikdə günahlandırması və sonradan cəbhəçilərin Ukrayna
baş verənlərin öncədən sədrləri tərəfindən deyildiyini iddia
etməsi, hətta “Əli Kərimliyə qulaq assaydılar Krımı itirməzdilər”
kimi fikirlər səsləndirmələri sosial şəbəkələrdə böyük rezonans
doğurub. Bunu gülüş obyektin çevirənlər də olub.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı
isə bildirib ki, Azərbaycanda oturub məlumatlı olmadan Ukrayna
hadisələrini şərh etmək doğru deyil.
Müsavatın digər yetkinlisi Gülağa Aslanlı isə Ə. Kərimlinin
fikirlərini absurd adlandırmışdı.
Asif
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ