Siyavuş Novruzov Corc Sorosun Bakıdakı “inqilabi fəaliyyətini” açıqladı
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov Corc Sorosun Bakıdakı “inqilabi fəaliyyətini” açıqladı

Siyavuş Novruzov Corc Sorosun Bakıdakı “inqilabi fəaliyyətini” açıqladı

“Soros Fondunun dəfələrlə Azərbaycanda inqilab törətmək, ictimai-siyasi sabitliyi pozmaq cəhdləri olub”.

Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Publika.Az-a açıqlamasında deyib. Onun sözlərin görə, fond Gürcüstan, Ukrayna, ardınca da Azərbaycanda eyni ssenarini həyata keçirtməyi planlaşdırırdı: “Amma bu, Azərbaycanda alınması. Niyyətləri bəlli oldu. Fond Azərbaycanda maliyyələşdirdiyi, qrant ayırdığı təşkilatların əli ilə qarışıqlıq yaratmaq istəyirdi ki, bunun da qarşısı alındı. İndi ABŞ-da bəzi dairələr bu fondun başqa ölkələrin ərazisində qeyri-qanuni fəaliyyətini üzə çıxardır”.

S. Novruzov bildirib ki, ümumiyyətlə Sovetlərin vaxtında və ondan sonra post-sovet məkanında müxtəlif sistemlərə qarşı müxtəlif təşkilatlar fəaliyyət göstərib: “Çünki dövlətlər birbaşa ölkələrin daxili işlərinə qarışa bilmirlər. Buna beynəlxalq hüquq da icazə vermir. Lakin paralel olaraq belə təşkilatlar, fondlar yaradaraq onların vasitəsilə proqramlarınmı həyata keçirirlər”.

YAP rəsmisi qeyd edib ki, bu cür fəaliyyətlərə Azərbaycanda da dəstək verən daxili qüvvələr var.
“Xüsusilə Sorosun maliyyə ayırdığı QHT-lər belə ssenarilərdə yer alır. Halbuki, Sorosun rəhbərinin Azərbaycan əleyhinə mövqeyi bəllidir, o, dəfələrlə antiazərbaycan çıxışları ilə gündəmə gəlib. Sonradan aparılan araşdırmalardan bəlli olur ki, bu fond erməni diasporu ilə sıx işləyir və fondun İdarə Heyətində bir neçə erməni də var. Görünür, onların vasitəsilə Azərbaycan əleyhinə zaman-zaman iş aparılır”-deyə S. Novruzov diqqətə çatdırıb.

Qeyd edək ki, Soros Fondunun rəhbəri, əsasən “inqilab ixracatçısı” kimi tanınan Corc Sorosun Bakıda inqilab hazırladığı haqda xəbərlər yayılıb.

Virtualaz.org saytının məlumatına görə, Soros Fondunun və Amerika hökumətinə, xüsusi xidmət orqanlarına bağlı olan müxtəlif fondların demokratiya və vətəndaş cəmiyyətinin inkişafına dəstək adı altında Azərbaycan kimi ölkələrdə siyasi xaos, qarşıdurma və inqilabi proseslər başlatmaq səyləri haqda neçə illərdir Bakının dediklərini indi Vaşinqtonda da təsdiq edirlər. Məlumata görə, Sorosun Azərbaycanla bağlı bu dağıdıcı fəaliyyəti ABŞ Dövlət Departamentinin Avropada Təhlükəsizlik və Müdafiə Araşdırmaları Mərkəzi - Corc Marşall Fondu ilə birgə təşkil etdiyi forumla bağlı gündəmə gəlib. Forum bu gün keçiriləcək.

“Washington Free Beacon” nəşri yazır ki, foruma məruzəçi kimi Corc Soros da dəvət olunub. Onu publikaya dövlət katibi Con Kerri şəxsən təqdim edəcək. Soros “Vətəndaş cəmiyyətinin möhkəmlənməsi, demokratiya və dünya iqtisadiyyatı” mövzusunda məruzə edəcək.

Nəşr yazır ki, Corc Soros “Soros Fund Management” adlı investisiya fondu vasitəsilə böyük sərvət toplayan məşhur birja fırıldaqçısıdır və o, Açıq Cəmiyyət İnstitutu şəbəkəsi vasitəsilə 30 ilə yaxındır xarici ölkələrdə ABŞ-a bağlı qruplar formalaşdırır. Eyni zamanda Soros ABŞ Demokratlar Partiyasının ən iri sponsorlarından biridir. O, 2004-cü il seçkilərində indiki dövlət katibi Con Kerrinin seçki kampaniyasına 24 milyon dollar vermişdi və ən iri donorlardan biri olmuşdu.

Məqalədə bildirilir ki, Soros siyasi əlaqələrindən istifadə edərək öz investisiyalarından daha çox gəlir əldə edir.
“Soros Dağlıq Qarabağa görə on illərdir sərt qarşıdurma içində olan Azərbaycan və Ermənistan kimi ölkələrdə müxalifət qruplarını və KİV-lərini maliyyələşdirib. Sorosun bu ölkələrdəki fəaliyyəti yerli liderlərin narahatlığına səbəb olub. Belə ki, Soros bu ölkələrdə müxalif qrupları maliyyələşdirməklə Gürcüstanda olduğu kimi “qızılgül inqilabı” törətməyə çalışıb. Hansı ki, bu fəaliyyət gərginliyi artıra və Qarabağda müharibənin yenidən başlamasına səbəb ola bilərdi” - deyə nəşr yazır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm